Türkiyə Superliqası: ''Beşiktaş'' liderliyə yüksəldi

İDMAN
11:15 24.11.2012
1167

Futbol üzrə Türkiyə Superliqasında XIII turun oyunlarına start verilib.

AZXEBER.COM-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Karabükspor"la qarşılaşan "Mersin İdmanyurdu" klubu rəqibini 2:1 hesabı ilə məğlub edib.

Günün digər qarşılaşması İstanbulda keçirilib. Burada yerli "Beşiktaş" klubu "Akhisar Bələdiyyəspor"u qəbul edib. Görüş 3:1 hesabı ilə "qara qartal"ın xeyrinə başa çatıb.

Qeyd edək ki, XIII turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.

OXŞAR XƏBƏRLƏR