Türkiyə Superliqası: "Fənərbaxça" büdrədi, "Qalatasaray"dan çətin qələbə

İDMAN
07:42 03.09.2012
1262

Futbol üzrə Türkiyə Superliqasının III turun oyunlarına yekun vurulub.

AZXEBER.COM-un məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma baş tutub.

Səfərdə "Sivasspor"un qonağı olan "Fənərbaxça" rəqibin müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Son Türkiyə çempionu "Qalatasaray" klubu öz meydanında "Bursaspor"la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 3:2 hesabı ilə qələbə qazanan "Cim Bom" xalını 7-yə yüksəldib.

Avropa Liqasının qrup mərhələsinə düşə bilməyən "Trabzonspor"un uğursuz çıxışı davam edir. Səfərdə "Qaziantepspor"la qarşılaşan Trabzon təmsilçisi meydanı məğlub tərk edib - 0:1.

31 avqust

Türkiyə Super Liqasında III turun oyunları"Gənclərbirliyi" – "Orduspor" – 1:1Qollar:Sedef, 7-avtoqol (0:1), Meriç, 61 (1:1)"Mersin İdmanyurdu" – "Eskişehirspor" – 1:3Qollar:Kamara, 1 (0:1), 90 (1:3), Zəngin, 23 (0:2), Kulio, 45 (1:2)

1 sentyabr"İstanbul BB" - "Antalyaspor" - 0:1Qol:Promise, 10 (0:1)

"Kayserispor" - "Akhisar Bələdiyyəspor" - 1:1Qollar:Vardar, 45-avtoqol (1:0), Vardar, 90-pen (1:1)

"Karabükspor" - "Beşiktaş" - 0:3Qollar:Fernandes, 5 (0:1), 34 (0:3), Boral, 30 (0:2)

"Elazığspor" - "Kasımpaşa" - 0:3Qollar:Uçe, 31 (0:1), 56-pen (0:2), 83 (0:3)

2 sentyabr

"Sivasspor" - "Fənərbaxça" - 0:0

"Qalatasaray" - "Bursaspor" - 3:2Qollar:Bulut, 24 (1:0), Kaqiran, 51 (1:1), Kaqiran, 72-avtoqol (2:1), B.Yılmaz, 80 (3:1), Erdoğan, 85 (3:2)

"Qaziantepspor" - "Trabzonspor" - 1:0Qol:İbriçiç, 53-pen (1:0)

OXŞAR XƏBƏRLƏR