Futbol üzrə Türkiyə Superliqasında VII tura yekun vurulub.
AZXEBER.COM-un məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
Öz meydanında "Bursaspor"u qəbul edən "Sivasspor" qələbəyə həsrət qalıb. Hərəyə iki fərqlənən komandalar sonda sülhə razılaşıblar - 2:2.
Səfərdə "Mersin İdmanyurdu"nun qonağı olan "Kayserispor" klubu turu qələbə ilə başa vurub. Rəqibini 2:1 hesabı ilə məğlub edən Kayseri təmsilçisi xalını 7-yə yüksəldib.
Turun mərkəzi qarşılaşması İstanbulda baş tutub. Burada "Fənərbaxça" klubu "Beşiktaş"ı qəbul edib. Rəqibinə aman verməyən "Fənərbaxça" görüşdən böyükhesablı qələbə ilə ayrılıb - 3:0.
5 oktyabr
Türkiyə Superliqasında VII turun oyunları
"Karabükspor" - "Orduspor" - 1:1Qollar:Şelton, 5 (1:0), Stanku, 67 (1:1)
"Trabzonspor" - "Kasımpaşa" - 1:0Qol:Adin, 7 (1:0)
"Qaziantepspor" - "Antalyaspor" - 0:1Qol:Diarra, 31 (0:1)
6 oktyabr
"İstanbul BB" - "Gənclərbirliyi" - 0:2Qollar:Demir, 54 (0:1), Meriç, 60 (0:2)
"Elazığspor" - "Akhisar Bələdiyyəspor" - 0:0
"Qalatasaray" - "Eskişehirspor" - 1:1Qollar:Yılmaz, 59 (1:0), Zengin, 89 (1:1)
7 oktyabr
"Sivasspor" - "Bursaspor" - 2:2Qollar:Deniz, 13 (0:1), Belluşi, 59 (0:2), Navratil, 85 (1:2), Eneramo, 87 (2:2)
"Mersin İdmanyurdu" - "Kayserispor" - 1:2Qollar:Kleyton, 20 (0:1), Nobre, 53 (1:1), Steinson, 77 (1:2)
"Fənərbaxça" - "Beşiktaş" - 3:0Qollar:Sou, 13 (1:0), G.Gönül, 40 (1:0), 59 (3:0)