Türkiyə Superliqasında daha bir istefa gerçəkləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Elazığspor" klubunun baş məşqçisi Bülent Uyğun tutduğu vəzifədən istefa verib.
Təcrübəli mütəxssis komandadan ayrılmasını belə şərh edib: "Burada uzun müddət çalışaraq uğur qazanmaq istərdim. Ancaq çox təəssüf ki, rəhbərliyin tək qalması, maliyyə problemləri və son turlarda uğursuz çıxışlar səbəbindən istefa verməli oldum. Mənə verdikləri dəstək üçün "Elazığspor" camiasına təşəkkür edirəm".
Qeyd edək ki, Bülənt Uyğunun artıq digər Superliqa təmsilçisi, ötən həftəŞota Arveladze ilə yollarını ayıran"Kayserispor"la danışıqlar apardığı bildirilir.