Türkiyə suriyalı qaçqınların ölkələrinə qayıtması üçün müzakirələrə başladı

Türkiyə suriyalı qaçqınların ölkələrinə qayıtması üçün müzakirələrə başladı
DÜNYA
11:45 21.06.2023
177
Qazaxıstanın paytaxtı Astanada Türkiyə və Suriya münasibətlərinin normallaşmasına yönəlmiş görüş keçirilir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilir. Türkiyə və Suriya  arasında münasibətlərin normallaşmasına yönələn dörtlü Astana görüşündə Türkiyədəki qaçqın problemi əsas müzakirə mövzusudur.

Rusiya Xarici İşlər nazirinin müavini  Mixail Boqdanov Türkiyədəki suriyalı qaçqın probleminin bu ölkənin iqtisadiyyatının yenidən inşasına və terrorun  aradan qaldırılmasına bağlı olduğunu qeyd edib. 

M. Boqdanov qaçqın probleminin təkcə təhlükəsizlik deyil, şəhərlərin və kəndlərin bərpası kimi məsələləri də əhatə etdiyini diqqətə çatdırıb. Bu istiqamətdə işlərdə beynəlxalq dəstəyə xüsusən də Ərəb ölkələrindən kömək gözlənildiyini vurğulayıb.

Rus diplomat ABŞ-ın bu problemlərin həll edilməsinə əngəllər törətdiyini də ifadə edib.  Onun sözlərinə görə, Amerika kürdlərin Suriya höküməti ilə müzakirə etməsinə maneə olur.  

21 iyul tarixində Astanada davam edəcək müzakirələrə Türkiyə, Rusiya və İranla yanaşı bir sıra müxalifət təmsilçiləri, BMT-nın Suriya təmsilçisi Geir Pedersen də qatılacaq.

Görüşlərdə terrorla mübarizə, qaçqınların ölkələrinə qayıtması müzakirə ediləcək.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR