Türkiyə terror qurbanları yad edir

DÜNYA
20:57 22.07.2015
992
Türkiyənin Şanlıurfa vilayətində baş verən terror qurbanları yad edilir.ANS PRESS-in hadisə yerinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, anım tədbiri pratlayış baş verən yerdə təşkil edilib.Ölkənin hər yerindən minlərlə insan terror qurbanlarını yad etmək üçün Şanlıurfaya gəlir. İnsanlar hadisənin baş verdiyi yeri ziyarət edir və ölənlərin ruhuna dualar oxuyurlar.Vəfat edənlərin dostları və digər ziyarətçilər hadisə baş verən yerə uşaq oyuncaqları və gül dəstələri qoyurlar.Anım tədbirləri hadisə baş verən gündən başlayıb və bazar gününə kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR