Türkiyə tezliklə Suriyaya iki milyard kubmetr təbii qaz ixrac edəcək

Türkiyə tezliklə Suriyaya iki milyard kubmetr təbii qaz ixrac edəcək
DÜNYA
18:29 22.05.2025
363
Türkiyə tezliklə Suriyaya iki milyard kubmetr həcmində təbii qaz ixracına başlayacaq.

Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Türkiyə Suriyaya elektrik enerjisi ixracatını da üç qat artıracaq.

Nazir qarşıdan gələn aylarda min meqavatlıq elektrik enerjisi ixrac etməyi planlaşdırdıqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR