Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb

DÜNYA
23:29 29.01.2025
202
Türkiyə Xarici İşlər Nazirliyi İsraili qınayıb.

"Report” "Haber Global”a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ankara Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyərkən hava hücumu nəticəsində Türkiyənin üç vətəndaşının öldürülməsinə görə Təl- Əvivi sərt şəkildə tənqid edib.

Bəyanatda vurğulayıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.

Həmçinin bildirilib ki, öldürülən şəxslərin nəşlərinin Türkiyəyə gətirilməsi üçün müvafiq işlər görülür.

OXŞAR XƏBƏRLƏR