Türkiyə universitetləri məzunları Azərbaycanın ictimai həyatında fəallıq göstərirlər

Türkiyə universitetləri məzunları Azərbaycanın ictimai həyatında fəallıq göstərirlər
SOSİAL
19:52 28.05.2016
1384

Mayın 27-də “Hyatt Regency” hotelində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatında rolu” adlı tədbir keçirib.

28 May Respublika gününə həsr olunmuş tətbir Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.İştirakçılar Azərbaycanın dövlət himni canlı olaraq ifa etdikdən sonra , rəsmi hissəyə start verilib.

TUMİB üzvü, “tərəqqi” medallı jurnalist Nəcəf Həsənov tədbiri açaraq, Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatında oynadığı roldan danışıb.TUMİB sədri Çingiz Bayramov tədbir iştirakçılarını salamladıqdan sonra , çıxışında Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.

Ulu öndər Heydər Əliyevin xaricdə təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran Ç. Bayramov Ümummilli liderimizin siyasətinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatındakı rolundan danışan Ç.Bayramov bu tədbirin ərsəyə gəlməsi üçün Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstəyə görə xüsusi minnətdarlığını bildirdi.

İctimai Birliyin sədri Türkiyə universitetlərində təhsil alan Azərbaycan gənclərinin sayının son illərdə xeyli artdığını qeyd edib, məzunların Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini, iqtisadiyyata, elmə, təhsilə, mədəniyyətə və digər sahələrə töhfə verdiklərini söyləyib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.

Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən V.Quliyev Azərbaycan gənçliyinin Heydər Əliyev ideyalarina daim sadiq qaldığını bildirib. Natiq çıxışına davam edərək , TUMİB –in yaranmasının 16 illiyi münasibəti ilə bütün Türkiyə universitetləri məzunlarını təbrik edib , Təşkilatın Azərbaycanın ictimai həyatında olan fəaliyyətinin dahada genişlənməsini arzu edib.

Milli Məclisin deputatı,əməkdar həkim,Heydər Əliyev Fondu Rəşad Mahmudov ötən əsrin 90-cı illərində Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclərin hazırda ölkəmizin ictimai-siyasi,mədəni həyatında mühüm rol oynadığını vurğulayıb.Tanınmış həkim son bir neçə ildə Azərbaycanın səhiyyə sistemində əldə edilmiş uğurlardan danışıb.Rəşad Mahmudov bildirib ki,səhiyyə sistemində həyata keçirilmiş islahatlarda Türkiyə universitetlərində tibb təhsili almış kadrların müstəsna rolu var.

Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov isə Türkiyə universitetləri məzunlarının Azərbaycanın məhkəmə-hüquq sistemində aparıcı mövqeyə malik olduqlarını vurğulayıb.E.Həsənov qeyd edib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər ötən əsrin 90-cı illərin sonlarından başlayaraq , ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edirlər.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev Azərbaycan gənclərinin vətəndaş cəmiyyətinin aktiv hissəsi olduğunu vurğulayıb.TUMİB-in ölkənin ictimai həyatında yaxından iştirak etdiyini diqqətə çatdıran nazirlik rəsmisi , bu qurum tərəfindən son bir neçə ildə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.F.Babayev yeniyetmə və gənclər arasında vətənpərvərlik hissini yüksəltmək üçün analoji layihələrin icrasına xüsusi ehtiyac olduğunu vurğulayıb.

TUMİB-in İdman Mərkəzinin rəhbəri, karate üzrə dünya çempionu Dəyanət Mikayılov Azərbaycanın müdrik rəhbəri Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb.D.Mikayılov Azərbaycan idmançılarının son illər Beynalxalq arenalarda qazandığı uğurları dövlətin bu sahəyə göstərdiyi xüsusi qayğının təzahürü kimi qiymətləndirib.

Natiqlər Türkiyə universitetləri məzunlarının dövlətimizə və xalqımıza daim ləyaqətlə xidmət edəcəklərinə əminliklərini qeyd edib, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonda 28 May Respublika günü və TUMİB –in 16 illiyi münasibəti ilə tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlara yeni vəzifə verildi
15:49 24.09.2025
Onlara yeni vəzifə verildi
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
15:45 24.09.2025
Azərbaycan “Abraham sazişi”nə qoşula bilər? - Politoloqdan açıqlama
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
15:26 24.09.2025
İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
15:12 24.09.2025
Adnan Əhmədzadənin müraciət müddəti bitdi: Qərar qüvvədə qaldı
Bu gün Xalq artistinin oğlunun toyudur
15:09 24.09.2025
Bu gün Xalq artistinin oğlunun toyudur
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb