Türkiyə və HAMAS rəsmiləri Dohada görüşüb

Türkiyə və HAMAS rəsmiləri Dohada görüşüb
DÜNYA
22:12 21.10.2025
122
Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və hərəkatın Siyasi Bürosunun üzvləri ilə görüşüblər.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, tərəflər Qətərin paytaxtı Dohada bir araya gəliblər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.
 
/report
OXŞAR XƏBƏRLƏR