Türkiyə və Rusiya XİN başçıları görüşəcək

Türkiyə və Rusiya XİN başçıları görüşəcək
DÜNYA
19:43 01.03.2023
219
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanda "G-20”liyin XİN başçılarının toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, S.Lavrov Nyu-Dehlidə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Braziliya XİN başçısı Mauro Viyerlə də görüşüb.

Xatırladaq ki, martın 1-də Hindistanda "G-20”liyə daxil olan dövlətlərin xarici işlər nazirlərinin sammiti keçirilir.
OXŞAR XƏBƏRLƏR