Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər

Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
DÜNYA
21:09 07.07.2025
307
Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Tərəflər ikitərəfli iqtisadi və siyasi məsələləri, həmçinin enerji sahəsindəki əməkdaşlığı müzakirə ediblər.

Nazirlər, eyni zamanda, Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı cari durum barədə danışıblar.
 
/report
OXŞAR XƏBƏRLƏR