Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadaki hazırkı vəziyyət müzakirə edilib, həmçinin Dmitro Kuleba türkiyəli həmkarına humanitar məsələlərlə bağlı məlumat verib.