Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb

Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb
DÜNYA
17:43 13.05.2024
148
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfərə gəlib.

O, Ankarada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri, eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.
 
///apa
OXŞAR XƏBƏRLƏR