Goranboyda evdə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində baş verib.
İlkin məlumata görə, dəm qazından boğulub ölənlər Türkiyə vətəndaşlarıdır. Bunlar 1967-ci il təvəllüdlü Cavid Özoğlu və 1971-ci il təvəllüdlü Mustafa Zəngindir.
Qeyd edək ki, həmin şəxslər Yolçuyev Nüsrət İbrahim oğlunun evinə qonaq gəliblərmiş.