Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq

SİYASƏT
14:35 30.03.2020
1386
Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident və parlament seçkilərini" tanımamağa çağırıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”.

OXŞAR XƏBƏRLƏR