Türkiyə XİN-dən Yunanıstana ETİRAZ

Türkiyə XİN-dən Yunanıstana ETİRAZ
DÜNYA
19:29 14.09.2025
278
Yunanıstanın Anadoluya təcavüz və işğala cəhdinin ildönümündə bu ölkənin rəsmilərinin əsassız və təkəbbürlü açıqlamalarını rədd edirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, bu bəyanatlar tarixi faktlara və iki ölkə arasında dostluq münasibətlərinin inkişafına yönəlmiş səylərə ziddir: "Biz Yunanıstan hakimiyyətini daxili siyasi motivlərlə hərəkət etməkdən və iki xalq arasında düşmənçilik yaratmağa yönəlmiş təşəbbüslərdən çəkinməyə çağırırıq".
OXŞAR XƏBƏRLƏR