Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması barədə xəbərləri təkzib edib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli deyib.
O bildirib ki, iddialar həqiqətə uyğun deyil: "Həmçinin kimsə bizdən bunu tələb etməyib”.
Qeyd edək ki, daha əvvəl Türkiyənin guya B.Netanyahunun təyyarəsi üçün hava məkanını bağlaması barədə məlumat yayılmışdı.