Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirdi

Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirdi
DÜNYA
14:50 05.01.2022
342
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.

"Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR