Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"
DÜNYA
20:55 31.01.2023
300
"Rusiya ilə Ukrayna arasında təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib

"Bizə görə müharibə müzakirə masasında başa çatacaq. Ədalətli sülh əldə olunmalıdır. Əlbəttə, Ukrayna torpaqları işğal altındadır. Tərəflərdən heç biri birtərəfli sülhü qəbul etməz”, - o vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Ukraynadakı savaşın nəticəsi ilə bağlı proqnoz vermək çox çətindir: "Bizim hər iki tərəflə yaxşı əlaqələrimiz var. Ona görə də Moskva əleyhinə sanksiyalara qoşulmadıq. Əksinə, NATO ölkəsi olmağımıza baxmayaraq, Rusiya ilə təmaslarımızı davam etdirdik".
OXŞAR XƏBƏRLƏR