Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olması üçün intensiv səylər göstərilir. Belə bir kritik zamanda Latakiya və ətrafında gərginlik və təhlükəsizlik qüvvələrinin hədəfə alınması Suriyanın birlik və həmrəyliklə gələcəyə daşınması səylərinə zərər verə bilər.
Bu barədə Türkiyə XİN-nin sözçüsü Öncü Keçeli bildirib.
O qeyd edib ki, bu cür təxribatların Suriya və regionun sülhü üçün təhlükəyə çevrilməsinə imkan verilməməlidir.
"Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək”, - o vurğulayıb.
APA