Türkiyə yas içində, baş nazir ağladı - VİDEO

DÜNYA
16:20 08.09.2015
2202

" Allah şahid olsun, əmanətiniz əmanətimizdir"Türkiyənin Dağlıcada mina partlaması zamanı şəhid olmuş əsgərlərinin cənazə törənində çıxış edən baş nazir Əhməd Davudoğlu çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

AZXEBER.COM-un Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu deyib ki, onlar əsgərkən buraya al bayrağı daşıyaraq gəliblər: "İndi o al bayrağa bükülərək köylərinizə, evlərinizə dönürsünüz. Allah şahid olsun, əmanətiniz əmanətimizdir. Bu millətin, bu Vətənin birliyi üçün tökülən hər qanın hesabı sorulacaq. Məkanınız Çanaqqala şəhidlərinin məkanı olsun, Sarıkamış şəhidlərinin məkanı olsun. O məkanı Rəbbim bizə də nəsib eləsin. Allah varlığımızı birliyimizi daim, Vətənimizi baki eləsin".

OXŞAR XƏBƏRLƏR