Xəbər verdiyimiz kimi, Azərbaycandan havaya qalxan Türkiyə Silahlı Qüvvələrinin yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Milli Müdafiə Nazirliyi qəzada 20 əsgərin şəhid olduğunu açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu dəhşətli xəbərdən sonra türkiyəli tanınmışlar başsağlığı mesajları yayımlayıblar.
Həmin paylaşımları təqdim edirik:
Demet Özdemir
"Gürcüstan-Azərbaycan sərhədində C130 hərbi yük təyyarəmizin qəzasında həyatını itirən qəhrəman əsgərlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına başsağlığı veririk. Millətimizin başı şad olsun."

Tarkan
Hərbi yük təyyarəmizin Gürcüstanda qəzaya uğradığını böyük kədərlə öyrəndim. Həlak olan əsgərlərimizə Allah rəhmət eləsin və onların ailələrinə və yaxınlarına Allah səbr versin. Millətimizin başı sağ olsun.

Fahriye Evcen
"Gürcüstan-Azərbaycan sərhədində C130 hərbi yük təyyarəmizin qəzasında həyatını itirən qəhrəman əsgərlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına başsağlığı veririk.Kədərimiz böyükdür".

Seda Sayan
Millətimizin başı sağ olsun.

Acun Ilıcalı
"Allah Azərbaycan-Gürcüstan sərhədində hərbi yük təyyarəmizin qəzasında həyatını itirən qəhrəman əsgərlərimizə rəhmət eləsin və kədərli ailələrinə və bütün millətimizə başsağlığı verirəm."

Hadise
"Gürcüstan-Azərbaycan sərhədində C130 hərbi yük təyyarəmizin qəzasında həyatını itirən qəhrəman əsgərlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Uyuduğu yerləri işıq olsun."

Demet Akalın
"C130 hərbi yük təyyarəmizin qəzasında həyatını itirən qəhrəman əsgərlərimizə Allah rəhmət eləsin".

Aysel










































