Türkiyədə 12 saatdır davam edən meşə yanğını bir məhəlləyə yaxınlaşıb

DÜNYA
11:23 18.10.2024
110
Türkiyənin Muğlanın bölgəsində 12 saatdır davam edən meşə yanğını küləyin təsiri ilə böyüyüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarında baş verən meşə yanğınından 12 saat keçməsinə baxmayaraq yanğın söndürülə bilməyib.
 
Əraziyə gələn Muğla Meşə Region yanğınsöndürmə qruplarının işi bölgədə güclü küləyin əsdiyinə görə çətinləşib.
 
12 saatdır davam edən yanğında güclü külək əsdiyi üçün alovun bir məhəlləyə yaxınlaşdığı bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR