Türkiyədə 15 PKK terrorçusu zərərsizləşdirildi

DÜNYA
14:01 28.01.2025
104
İraqın şimalındakı 15 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
 
Açıqlamada bildirilib:
 
"Terrorçu haradadırsa, hədəfimiz oradır.

Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 2 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində aşkarlanan 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Biz terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatları davam etdirəcəyik".
 
Oksana


OXŞAR XƏBƏRLƏR