Türkiyədə 17 nəfər saxlanıldı – Nazir səbəbi açıqladı

Türkiyədə 17 nəfər saxlanıldı – Nazir səbəbi açıqladı
DÜNYA
12:00 12.02.2024
122
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı həyata keçirilən hücumla bağlı 57 ünvanda keçirilən əməliyyatlarda 17 nəfərin saxlanıldığını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece mahalının Kanarya səmtində dünən saat 16:30 radələrində AK Partiya Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın bir dərnəyə səfəri zamanı silahla hücum təşkil edilib.

Hücum nəticəsində bir qadın ağır yaralanıb.

Polis qüvvələri şübhəli şəxslərin tutulması üçün işə başlayarkən, silahlı hücumla bağlı Küçükçekmece Respublika Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR