Türkiyədə 28 immiqrant tutuldu

Türkiyədə 28 immiqrant tutuldu
DÜNYA
19:13 08.05.2025
340
Türkiyədə Sahil Təhlükəsizlik qrupları tərəfindən təşkil edilən əməliyyatda 28 immiqrant yaxalanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Balıkəsirdə Ayvalık sahillərində keçirilib.
 
Təhlükəsizlik qrupları tərəfindən verilən açıqlamada deyilib:
 
"7 may 2025-ci il tarixində saat 07.45-də Balıkəsir vilayətinin Ayvalık rayonu sahillərində qayıqda bir qrup immiqrantın olduğu barədə məlumat alındıqdan sonra Sahil Mühafizə Botu (KB-115) qayığı mtəyin edib və saxlayıb".
 
Oksana
OXŞAR XƏBƏRLƏR