2025-ci ilin ilk üç ayında hüquq-mühafizə qüvvələrinin Muğlada keçirdiyi əməliyyatlarda 5 cinayət təşkilatının məhv edildiyi bildirilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 nəfərin həbs edildiyi açıqlanıb.
Muğla valisi İdris Akbıyık Qubernatorluğun 75. İli ilə bağlı keçirilən tədbirində 3 aylıq hesabatlarını paylaşıb.
Muğlada sülh, təhlükəsizlik və ictimai asayiş mühitinin qorunması üçün hər cür tədbir gördüklərini ifadə edən Akbıyık:
"2025-ci ilin 3 aylıq dövründə hüquq-mühafizə qüvvələrinin apardığı işlər nəticəsində 5 əməliyyatda 5 cinayət təşkilatı sıradan çıxarılıb, 21 nəfər həbs edilib, 56 şübhəli isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb”- deyə bildirib.
Şəhərin hər küncündə "zəhər tacirləri”nin göz açmasına icazə vermədiklərini vurğulayan Akbıyık, 133 əməliyyatda 145 nəfərin həbs olunduğunu, 58 nəfərin məhkəmə nəzarəti ilə sərbəst buraxıldığını və külli miqdarda narkotik ələ keçirildiyini bildirdi.
Oksana