Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayı 30-a çatıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son testlər nəticəsində infeksiyaya 289 yeni yoluxma halı aşkarlanıb.
Hazırda Türkiyədə koronavirusa yoluxmuş 1236 nəfər xəstəxanalarda müalicə olunur.