İstanbulda 34 milyon 270 min narkotik həb ələ keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Ali Yerlikaya açıqlama verib.
Açıqlamada bildirilib:
"Polis tərəfindən narkotik istehsalçılarına və narkotacirlərə qarşı təşkil edilən "NARKOÇELİK-49" əməliyyatlarında 23 ərazidə 1 ton 756 kq narkotik vasitə və 34 milyon 617 min 835 ədəd narkotik həb ələ keçirilib.
58 şübhəli narkotik alverçisi ələ keçirilib. Onlardan 4-nə məhkəmə nəzarəti qərarı verilib. Digərlərinin əməliyyatları davam edir".
Oksana