Türkiyədə daha bir zəlzələ olub. AZXEBER.COM xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ Osmaniyə vilayətinin Kadirli rayonunda 4.1 bal gücündə baş verib. Qeyd edək ki, zəlzələ yerli vaxtla 15:42-də qeydə alınıb.