Bir şəxsi 6 milyon TL (təx:270 min manat) aldadan 5 telefon fırıldaqçısı polis tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
Belə ki, polis qrupları bir şəxsi telefonla 6 milyon TL aldadan 5 şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Müxtəlif ünvanlarda keçirilən əməliyyatda 5 şübhəli saxlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı 7 ədəd ağıllı telefon, 1 ədəd düyməli mobil telefon, 8 ədəd sim kart və 22 qram narkotik götürülüb.
Oksana