Türkiyədə 81 yanğın ocağından 70-i lokallaşdırılıb

Türkiyədə 81 yanğın ocağından 70-i lokallaşdırılıb
DÜNYA
22:39 30.07.2021
1376
Türkiyənin yanğınsöndürənləri 81 yanğın ocağından 70-i lokallaşdıra biliblər.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

"Hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb. Adanada, Antalyada, İzmirdə, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir", - deyə o, özünün tvitterdəki hesabında yazıb.
OXŞAR XƏBƏRLƏR