Türkiyədə ağır yol qəzası olub: 3 nəfər ölüb, 31 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub: 3 nəfər ölüb, 31 nəfər yaralanıb
DÜNYA
20:56 19.04.2023
380
Türkiyənin Eskişehir şəhərində ağır yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə İnönü-Bozüyük magistral yolunda qeydə alınıb. Avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıblar.

Qəzanın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR