Türkiyədə atom elektrik stansiyasını ildırım vurdu, yanğın baş verdi – VİDEO

Türkiyədə atom elektrik stansiyasını ildırım vurdu, yanğın baş verdi – VİDEO
DÜNYA
21:17 31.10.2021
448
Türkiyədə inşası davam edən "Akkuyu” atom elektrik stansiyasına ildırım düşüb.

İnsident nəticəsində stansiyada yanğın baş verib.

Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilib.

Yanğının tezliklə aradan qaldırıldığı qeyd olunub.

Meteoroloqlar inşaat işlərinin davam etdiyi Mersin bölgəsində əlverişsiz hava şəraitinin hələ bir müddət davam edəcəyini açıqlayıblar.