Türkiyədə avtobus dərəyə aşdı - 31 nəfər yaralandı

Türkiyədə avtobus dərəyə aşdı - 31 nəfər yaralandı
SOSİAL
13:38 28.12.2024
155
Türkiyənin Ərzincan vilayətində sərnişin avtobusu dərəyə aşıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Ərzincan-Sivas yolunun Sakaltutan keçidində baş verib.
 
İstanbulun Kartal rayonundan Ərzincanın Avcılar kəndinə cənazə gətirdiyi deyilən, içərisində 35 nəfərin olduğu sərnişin avtobusu dərəyə yuvarlanıb.
 
Qəza nəticəsində 31 nəfərin yaralandığı bildirilib.
 
Yaralılar təcili yardım maşınları ilə Ərzincandakı müxtəlif xəstəxanalara aparılıb.

Aysel
OXŞAR XƏBƏRLƏR