Türkiyədə avtobus dərəyə düşüb, yaralılar var

Türkiyədə avtobus dərəyə düşüb, yaralılar var
DÜNYA
19:22 11.06.2023
224
Türkiyənin Antalya şəhərinin Korkuteli rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb, çoxlu sayda yaralı var.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, avtobusunda olan 25 nəfərdən 10-u nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir.

Sürücü polis bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR