Türkiyədə azərbaycanlı ana və qızı öldürüldü

Türkiyədə azərbaycanlı ana və qızı öldürüldü
Bütün Xəbərlər
14:50 10.05.2012
1764
Türkiyədə dəhşətli olay baş verib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Qaziosmanpaşada 17 yaşlı lisey tələbəsi T.C. mübahisə etdiyi Azərbaycan vətəndaşı Reyhan Hüseynzadə və 22 yaşlı qızı Günay Hüseynzadəni bıçaqlayaraq öldürüb.Hadisə Reyhan Hüseynzadənin evində baş verib. T.C. Reyhan Hüseynzadə və qızı Günay Hüseynzadənin evinə qonaq gedib. Reyhan Hüseynzadə və T.C. arasında bilinməyən səbəbdən mübahisə başlayıb. Qısa sürən mübahisədən sonra T.C. özüylə gəzdirdiyi bıçaqla Reyhan Hüseynzadənin kürəyinə zərbə endirib. Günay Hüseynzadə də anasının bıçaqlanmasından sonra qışqıraraq qonşulardan yardım istəyib. T.C. Günay Hüseynzadəni də bıçaqlamağa başlayıb.Boğazından və sinəsindən bıçaqlanan Günay Hüseynzadə qan içində yerə yıxılıb, T.C. isə evdən çıxaraq qaçıb. Qonşular ev gələrkən ana və qızı qan içində yerə uzanmış vəziyyətdə görüblər. Ana və qız xəstəxanaya aparılsa da, həkimlərin səyləri nəticə verməyib. Az sonra ana və qızı bıçaqlayaraq öldürən T.C. polis şöbəsinə gələrək, təslim olub.
OXŞAR XƏBƏRLƏR