Türkiyədə azərbaycanlı kriminal avtoritet qətlə yetirildi - FOTO

KRİMİNAL
10:44 27.10.2022
1543
Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, kriminal aləmdə "Qardaşoğlu" ləqəbli ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən öldürülüb.

Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanın Rövşən Canıyevin tərəfdarı olub.

Elnur Qasımovun qardaşı Emin Qasımovda kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Elnur Qasımovun cənazəsi Bakıya göndəriləcək.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR