Antalyada polisin müştəri kimi davranaraq həyata keçirdiyi əməliyyat zamanı altı əcnəbi qadın və onları fahişəliyə cəlb edən bir nəfər saxlanılıb.
AZXEBER.COM Oxu.az-a istinadən xəbərinə görə, saxlanılan qadınlardan biri Gürcüstan, üçü Ukrayna, biri Qırğızıstan, daha biri isə Azərbaycan vətəndaşıdır.
Onların hamısı polis bölməsinə gətirilib. Burada onlar tibbi müayinədən keçəndən sonra deportasiya ediləcəklər.

