Türkiyədə torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Belə ki, Artvin vilayətində torpaq sürüşməsi nəticəsində qayaların altında qalan 2 TIR-da 1 Azərbaycan vətəndaşı həyatını itirib. Digər bir Özbəkistan vətəndaşının isə yaralı olaraq xəstəxanaya aparıldığı açıqlanıb.