Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ ətraf ölkələrdə də təsirli olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda saat 04:17-də baş verən 7,7 bal gücündə zəlzələ Suriya, Misir, Livan, KKTC, Kipr Rum İdarəsi və İraqda da hiss olunub.
Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya və Rakka vilayətlərində güclü hiss olunub. Suriyanın müxtəlif bölgələrində baş verən zəlzələdə ilkin məlumata görə, azı 606 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb.
Ayşən