Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür

MANŞET
00:14 06.02.2024
384
Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür.

Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.

Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

65 saniyə davam edən 7,8 bal gücündəki zəlzələ o qədər şiddətli idi ki, Misirdə belə hiss edilmişdi.

Təbii fəlakətin miqyası həm də onun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərin bu gün də davam etdirilməsi ilə ölçülə bilər. Türkiyənin 11 əyalətini əhatə edən zəlzələ nəticəsində binalar, yollar, hava limanları yararsız hala düşdü, tarixi tikililər dağıldı, 1 milyondan çox insan dəqiqələr içində evsiz qaldı. Son məlumata görə, zəlzələdən sonra Hatay şəhərinin 1,7 milyon nəfərlik əhalisindən yalnız 250 mini şəhərdə qalır.

Bu, son 30 ilin ən dağıdıcı beşinci zəlzələsi idi. Hesablamalara görə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyə 5 il ərzində 150 milyard dollara ehtiyac duyacaq.

Təbii fəlakətdən dərhal sonra başladılan operativ humanitar yardım fəaliyyətinin iki əsas istiqaməti var idi – axtarış-xilasetmə və sağ qalanlara yardım. İşlərin çətin hissəsi təbii ki, axtarış-xilasetmə işlərinin aparılması, insanların bir an öncə dağıntıların altından çıxarılması idi. Bu məqsədlə Türkiyə bütün gücünü zəlzələ bölgəsinə səfərbər etdi. Lakin zamana qarşı bu yarışda ölkənin təkbaşına iştirakı kifayət edə bilməzdi. Odur ki, dünyanın hər yerindən Türkiyənin dördüncü səviyyəli beynəlxalq yardım çağırışına səs verildi. İlk gələn ölkə təbii ki, qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400-dən çox xilasedicisi zəruri avadanlıqlarla təmin edilərək dərhal zəlzələ bölgəsinə yola salındı. FHN-in 40-dan çox tibbi personalı ərazidəki səhra xəstəxanalarında yaralılara yardım etdi. Azərbaycan Ordusunun hərbi tibbi personalı da əraziyə səfərbər edildi.

Ümumilikdə Türkiyədə təxminən 12 min əcnəbi axtarış-xilasetmə işlərində iştirak etdi.

Türkiyənin hər yerində insanlar müxtəlif kampaniyalar təşkil edərək humanitar yardım göstərməyə çalışdı. Türkiyənin bu çətin günlərində Azərbaycan xalqı da güclü həmrəylik, səfərbərlik nümayiş etdirdi. Ölkənin hər yerində humanitar yardım mərkəzləri yaradıldı, təcili qış geyimləri, qida, gigiyena məhsulları və s. toplanaraq ardı-arası kəsilməyən yük maşınları ilə Türkiyəyə yola salındı. Azərbaycanlıların bu cür genişmiqyaslı səfərbərliyi daha əvvəl 44 günlük Vətən müharibəsi dövründə baş vermişdi. Fəlakətin ilk üç günü ərzində Azərbaycan vətəndaşları Türkiyəyə xeyriyyə məqsədi ilə milyon dollara yaxın vəsait köçürdü.

Zəlzələdə evlərini itirənlərin evlə təmin edilməsi istiqamətində aparılan intensiv proqram çərçivəsində 300 mindən çox evin inşasına başlanılıb və bunlarda təxminən 50 mini artıq təhvil verilib.

Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu