Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü

Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü
DÜNYA
23:42 26.10.2026
129
Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə məclisinin üzvü Murat Saral silahlı hücum nəticəsində həyatını itirib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Gölcük Bələdiyyəsinin MHP-dən olan məclis üzvü Murat Saral ilə A.İ.U. arasında mübahisə yaranıb. Mübahisədən sonra A.İ.U. tapança ilə Sarala atəş açıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Güllə yaralarından ağır xəsarət alan Saral xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisədən sonra qaçan şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb. Faktla bağlı araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR