Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın bu gün Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, daha beş nəfər isə silahlıların atəş açması nəticəsində yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.