Türkiyədə bir binada yanğın baş verdi: ölən var

Türkiyədə bir binada yanğın baş verdi: ölən var
DÜNYA
23:11 22.05.2025
364
Türkiyədə 5 mərtəbəli yaşayış binasında baş verən yanğında 80 yaşlı qadın həyatını itirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Axşam saatlarında Koca Mansur küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində naməlum səbəbdən yanğın baş verib. 

Ətrafdakılar tərəfindən ilkin tibbi yardım göstərilib, yanğınla bağlı yanğınsöndürmə, polis və tibb qruplarına məlumat verilib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa zamanda nəzarətə götürülüb və söndürülüb. 

Mənzildə aparılan müayinə zamanı 80 yaşlı Ayşe Deniz Gökçenin öldüyü müəyyən edilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Oksana
OXŞAR XƏBƏRLƏR