Anası ilə görüntülü danışan Fatih Özkan (37 yaş) adlı şəxs infarkt keçirərək dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib.
Belə ki, mədənçi Fatih Özkan dünən iş üçün Ankaraya gəlib. İşini bitirdikdən sonra Parkda dincələn Özkan anası Emine Özkana video zəng edib. Özkan anası ilə söhbət edərkən özünü pis hiss edib və yerə yıxılıb.
Xəbəri alan təcili yardım qrupları Özkanın infarktdan öldüyünü müəyyən edib.
Evli və iki övladı olan Özkan bu gün yaşadığı ərazidə torpağa tapşırılacaq.
Oksana