Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 2 861 nəfər artıb.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 mini ötüb.
"Son 24 saatda 106 xəstə ölüb. İndi ölənlərin ümumi sayı 2 706, virusa yoluxanların isə ümumi sayı 107 773 nəfər olub” - deyə nazir bildirib.
Fahrettin Kocanın sözlərinə görə, aprelin 25-də ölkə üzrə 38 308 nəfər üzərində test aparılıb, 2 861 nəfərdə testin cavabı müsbət çıxıb. Belə ki, gün ərzində 3 845 nəfər sağalıb. İndiyə qədər isə 25 582 pasiyent sağalaraq evə buraxılıb.
Nazir əlavə edib ki, Türkiyədə gündəlik yoluxma və ölüm sayında azalma, sağalma sayında isə yüksəliş müşahidə olunur.
///Report