Türkiyədə bu gün beş mindən çox adam koronavirusa yoluxdu

Türkiyədə bu gün beş mindən çox adam koronavirusa yoluxdu
DÜNYA
21:26 11.04.2020
2293
Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1101 nəfərə çatıb.

Ölkədə 5 138 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 52 167 nəfərə yüksəlib.
OXŞAR XƏBƏRLƏR