Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1101 nəfərə çatıb.
Ölkədə 5 138 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 52 167 nəfərə yüksəlib.